Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:02

Xuraman Hüseynzadə. Nolsun kişisən, şair...


Xuraman Hüseynzadə


Yeni şeirlər


Maksimalist

sən
şəhvəti sevgi bildin
yatağını paylaşdığın qadınlarla
ürəyini paylaşa bilmədin
qollarını açdığın qadınlara
ürəyini aça bilmədin
sevmədin
mənə qədər...
sən
qadınları yoldan çıxardıqca
onlar səni adamlıqdan çıxardı
onları soyundurduğun kimi
həqiqəti soyundura bilmədin
həqiqət çılpaq olanda daha
gözəl olur amma-
sevə bilmədin
mənə qədər...

qadınlar bir-bir həyatından
çəkildikcə
sükutu çəkdin ciyərlərinə
tənhalığa söykədin üzünü

elə bildin həyat budur
özün demişkən,
həyatın oldu xak ilə yeksan
ey maksimalist oğlan
boynuna al ki
sən məni sevəndən sonra
anladın
bir qucaq qadın
yumruq boyda ürəyindəki
sevgidən
kiçikdir...

12.06.12


***

nolsun kişisən şair
sən
şeirə hamilə olanda
daha yaraşıqlı
görünürsən...


***

sənsizlik iki yol arasında
qalmaq deməkdir
o yolun biri cənnətdir
o biri cəhənnəm
yox olmaq
ölmək deməkdir
sənsizlik...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG