Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:48

Onun bəstələdiyi mahnını 3500 müğənni oxuyub...


Paul McCartney
Paul McCartney
İyunun 18-də Paul McCartney 70 yaşını qeyd edir. Liverpulda doğulan musiqiçi dünyanın ən uğurlu ifaçılarından biri hesab edilir. McCartney bu illər ərzində arxada saysız-hesabsız mükafatlar, musiqilər, xatirələr buraxıb.

Ötən əsrin 60-cı illərində John Lennon, Paul McCartney, George HarrisonRingo Starr'dan ibarət yaradılan «Beatles» qrupu həm sənət, həm də ticari uğuruyla dünya musiqində önəmli yerlərdən birini tutur.

Daha çox rok'n roll ifaçısı Elvis Presley'i dinləyən gənc musiqiçi John Lennon 1956-cı ildə «The Quarrymen» adlı qrup yarada bilir. Bir il sonra Lennon partilərin birisində Paul McCartney'lə tanış olur. 1958-ci ildə gitaraçı George Harrison'un da qatıldığı qrup bir il sonra dağılır. Qrupun dağılmasına baxmayaraq, McCartney və Lennon birgə fəaliyyət göstərirlər. 1960-cı ildə McCartney'in məsləhətiylə ritm anlamına gələn «beat» sözündən istifadə edən gənclər yeni «The Beatles» qrupunu yaradırlar.

«Beatles» qrupu
«Beatles» qrupu
Liverpullu qrupların daha çox eyni mahnılar ifa etdiyini nəzərə alan Paul McCartney John Lennon'la yeni mahnılar bəstələməyi məqsədəuyğun hesab edir.

McCartney «Beatles» qrupuyla yanaşı, başqa ifaçılar üçün də mahnılar bəstələyirdi. McCartney'in Lennon'la birgə yazdığı «Yesterday» mahnısı 3500 müxtəlif ifaçı tərəfindən oxunub.

1970-ci ildə qrup dağılandan sonra Paul McCartney fəaliyyətini filmlərə musiqi yazmaqla davam etdirib.

Vegetarian olan musiqiçi hal-hazırda heyvan haqlarının müdafiəsi və musiqi təhsilinin geniş yayılması üçün müxtəlif layihələrdə işləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG