Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:58

Putin səkkiz ölkə başçısı ilə təkbətək görüşəcək


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Növbəti prezidentlik müddətində bu, onların birinci görüşü olacaq.
Hər iki prezidentin Suriya və İranla bağlı müzakirə aparacağı gözlənir.
Onlar Meksikada iyunun 18-20-də keçirilən G20-nin (Böyük 20-yin) samitində iştirak edirlər.

Bu sammitlə yanaşı BRICS qrupun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) da kiçik sammiti keçiriləcək.

Kremlin sözçüsü bildirib ki, Putin sammitin keçiriləcəyi Los Cabosda Yaponiya, Britaniya, Türkiyə və Hindistanın baş nazirləri, Braziliya, İndoneziya və Meksikanın isə prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.
XS
SM
MD
LG