Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Pakistanda bomba partlayışı zamanı tələbələr ölüb


Pakistanda bomba partlayışı zamanı 4 adamın oldüyü, 40-da çox adamın isə yaralandığı bildirilir.

Qurbanların əksəriyyəti tələbədir.

Pakistanın Balochistan əyalətinin paytaxtı Quettada bomba partlayışı zamanı tələbələr universitet avtobusunda olublar.

Yaraqlılar 2004-cü ildən bəri Quettada vuruşur. Onlar tələb edirlər ki, siyasi hakimiyyətin, o cümlədən, qaz, neft və mineral resurslardan əldə edilən gəlirin böyük hissəsi onlarla bölüşdürülsün.

Ərazi həm də Talibançılara bağlı olan islamçı yaraqlıların yurdu sayılır.
XS
SM
MD
LG