Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:51

Moskvada İranla bağlı danışıqlar başlayır


İyunun 18-də Moskvada 6 güc dövləti İranla onun nüvə layihəsi ilə bağlı danışıqların sonuncu raunduna başlayır.

ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniyadan olan nümayəndə heyətinə Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton rəhbərlik edir.

Adının açıqlanmasını istəməyən AB rəsmisi Reutersə bildirib ki, beynəlxalq ictimaiyyət bir irəliləyiş olmadan danışıqların uzanmasını istəmir: "Biz deməliyik ki, danışıqlar vicdanı sakitləşdirmək xatirinə olmamalıdır".

May ayında Bağdadda danışıqların növbəti raundu zamanı hər hansı irəliləyiş əldə olunmamışdı.

ABŞ və Qərb ölkələri İranın nüvə silahı əldə etməsindən narahatdır. Tehran isə bu ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG