Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:39

Yunanıstanda seçkilərdə mühafizəkarlar birinci olub


Yeni Demokratiya Partiyasının sədri Antonis Samaras
Yeni Demokratiya Partiyasının sədri Antonis Samaras
Yunanıstanda iyunun 17-də keçirilmiş növbədənkənar parlament seçkisini mühafizəkar Yeni Demokratiya Partiyası qazanıb. İlkin nəticələrə görə, Yeni Demokratiya Partiyası səslərin 29,5 faizini, 21 faizini radikal solçu Sıriza, 12,3 faizini isə Pasok (sosialistlər) Partiyası alıb.

Yeni Demokratiya Partiyasının sədri Antonis Samaras deyib ki, nəticə Yunanıstanın Avrozonada qalmasını göstərir.

Beləliklə, 300 yerlik parlamentin 130-u Yeni Demokratiyanın, 71-i Sırizanın, 33-ü Rasok partiyasının payına düşür. Digər iki partiya da hərəsinə 18 mandat qazanıb.

Bu nəticəyə görə, Yeni Demokrat Partiyası və Rasok koalisiya yarada bilər.

Sıriza partiyasının lideri Alexis Tsipras elan edib ki, onlar Avropa Birliyindən 130 milyard avroluq yardım paketinin alınmasının əleyhdarı olaraq qalırlar.

Avropa və Vaşinqton rəsmiləri ümid edirlər ki, tezliklə hökumət formalaşdırılacaq.

Bundan əvvəl mayın 6-da keçirilmiş parlament seçkisində qalib gələn partiyalardan heç biri hökuməti formalaşdıra bilmədi. Ona görə mayın 17-də növbədənkənar parlament seçkisi təyin edildi.

Bu seçkinin nəticəsinin isə Yunanıstanın illərdir davam edən maliyyə böhranına və avrozonanın gələcək taleyində ciddi rol oynayacağı gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG