Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:52

«Müsəlman qardaşları»nın namizədinin qalib gəldiyi deyilir


Misirdə «Müsəlman qardaşları» hərəkatı namizədi Mohammed Mursinin prezident seçkisində qələbə çaldığını bəyan edib.

Hərəkat bu barədə «Twitter» sosial şəbəkəsində elan edib.

«Müsəlman qardaşları»nın veb-saytı Mursini «Misirin seçilmiş birinci populyar prezidenti» kimi dəyərləndirib.

Qeyri-rəsmi məlumatlara görə, Mohammed Mursi 52 faiz, keçmiş baş nazir Ahmed Shafiq isə 48 faiz səs toplayıb. Shafiqin kampaniyasından hələlik heç bir açıqlama yoxdur.

Misirin seçki mərkəzinin rəsmiləri isə bildiriblər ki, prezident seçkisinin nəticələri iyunun 21-də elan ediləcək.

Iyunun 16-17-də Misirdə prezident seçkisi keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG