Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:45

Ağstafada cəmi 7 kənddə internetdə var


Ağstafada 700 abonentin internetə çıxışı var. İlin sonunadək digər abonentlərin də internetdən istifadəsi mümkün olacaq.

Bu barədə Ağstafa şəhər Telekommunikasiya İdarəsinin rəisi Mirəsgər Mahmudov məlumat verib. Bildirib ki, hələlik cəmi 7 kəndə internet kabelləri çəkilib.

«Hazırda Qırlı, Səməd Vurğun, Həsənsu, Köçəsgər, Eynallı, Kəndpoylu və Dağkəsəmən kəndlərinə internet xətti çəkilib. Bu kəndlərdə və şəhər mərkəzi ilə birgə 700 abonent deməkdir. İlin sonunadək digər kəndlərdə də internet kabelləri quraşdırılacaq ki digər abonentlər də internetdən istifadə etsin».

Mirəsgər Mahmudov deyir ki, Ağstafada «Aztelekom» və «DATA+» provayderlərinin kabelləri çəkilir.

Qeyd edək ki, 2010-cu ildən Ağstafa şəhərinin ATS-ləri elektronlaşıb.
XS
SM
MD
LG