Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17
İyunun 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda növbəti buraxılış imtahanlarını keçirir. Komissiyanın məlumatına görə, imtahanlar Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilir.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG