Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:25

Ölüm qrupunda gülən tərəf Almaniya və Portuqaliya oldu


Arxiv foto, Polşada Avropa Çempionatın açılış mərasimi. 8 iyun 2012
Arxiv foto, Polşada Avropa Çempionatın açılış mərasimi. 8 iyun 2012
İyunun 17-si futbol üzrə Avropa çempionatının B qrupunda 2 qarşılaşma oldu.Almaniya yığması Danimarka, Portuqaliya yığması isə Hollandiya ilə qarşılaşdı.Hər 2 oyun növbəti mərhələyə adlamaq üçün önəm daşıdığından eyni anda-Bakı vaxtı ilə 23-45-də başladı...

Portuqaliya-Hollandiya:2-1

Sonuncu dünya çempionatının finalçısı Hollandiya bu oyuna qədər hər iki qarşılaşmada yaşıl meydançanı məğlub tərk etmək məcburiyyətində qalmışdı. Baxmayaraq ki, onlar bu çempionatın əsas fovaritlərindən biri sayılırdılar.

Hollndiya yığması oyuna aramsız hücumlarla başladı. 11-ci dəqiqədə bu öz bəhrəsini verdi. Bu çempionatda oyuna ilk dəfə start heyyətdə başlayan Hollandiya yığmasının 23 nömrəli yarımmüdafiəçisi Rafael Van Der Vart cərimə meydançasının kənarından topu güclü bir zəribə ilə Portuqaliya yığmasının qapısına göndərdi.

28-ci dəqiqədə isə Portuqliya yığmasının 7 nömrəli kapitani Cristiano Ronaldo buna cavab verdi. O, Hollandiya qapıçısı ilə üz-üzə qalaraq fürsəti boşa xərcləmədi.

Birinci hissə elə 1:1 hesabı ilə də başa çatdı.

Oyunun 74-cü dəqiqəsində futbol sevərlər Ronaldonun daha bir qolunun şahidi oldular. Bununla da Portuqaliya yığmasında 93-cü oynuna çıxan Ronaldo milli formada özünün 34-cü qoluna imza atdı. 90-cı dəqiqədə isə qapı dirəyi ona bu oyunda 3-cü, millidə isə ümumilikdə 35-ci qolunu vurmağa mane oldu.

Oyun Portuqaliya yığmasının 2:1 hesablı qələbəsi ilə də başa çatdı.Portuqaliya yığması növbəti mərhələyə adladı. Hollandiya yığması isə nəinki qrupdan çıxmadı, üstəlik evə 0 xalla dönmək zorunda qaldı...

Danimarka-Almaniya:1-2


Bu oyuna qədər 6 xal toplayan Almaniya yığmasına qrupdan çıxmaq üçün 1 xal belə kifayət edirdi. Bununla belə ilk qol da Almaniya yığmasından gəldi. 19-cu dəqiqədə Almaniya yığmasında 100-cü oynuna çıxan 10 nömrəli Podolski topu tora toxundurdu.

Danimarka yığmasının buna cavabı isə cəmi 5 dəqiqə çəkdi. Danimarka yığmasının 9 nömrəli oyunçusu Kron Dehli başla hesabda tarazlığı bərpa etdi. Futbolçular elə bu hesabla da fasiləyə yollandılar.

İkinci hissənin 80-ci dəqiqəsində isə Almaniya yığmasının 15 nömrəli müdafiəçisi Bender komandasını hesabda irəli çıxartdı. Hakimin final fitinə qədər də bu hesab dəyişmədi.

Beləliklə Almaniya yığması 9 xalla B qrupunu lider tamamladı.6 xal toplayan Portuqaliya yığması isə bu qrupdan növbəti mərhələyə adlayan 2-ci komanda oldu.

Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG