Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:46

Suriya müxalifəti 1000 ailənin təcili köçürülməli olduğunu deyir


Suriya müxalifəti 1000 ailənin təcili köçürülməli olduğunu deyir

Suriyada müxalifət fəalları Homs şəhərində güclü bombardman altında olduqlarını bildirirlər. Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu bildirir ki, azı 1000 ailə təcili Homsdan çıxarılmalıdır. Bu qrup iyunun 16-da BMT-dən Homsda zorakılığa təcili müdaxilə xahiş edib. Onlar həmçinin Suriyadakı BMT müşahidəçilərini heç bir iş görməməkdə ittiham ediblər.

Suriya Milli Şurası hökumətin Homsda kütləvi qırğın törətdiyini, 30 000-lik qoşunun şəhəri mühasirədə saxladığını və sakinlərin təcili humanitar yardıma ehtiyacı olduğunu bildirir.
Suriya müxalifətinin güclü dayaqları olan Homs şəhəri aylardır hökumətin bombardmanları altındadır.

BMT son il yarımda Suriyada hökumət qüvvələri ilə müxalifət qrupları arasında toqquşmalarda 10 mindən çox adamın həlak olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG