Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:04

Bakı-Qazax yolunun üzərindəki dəmiryolu körpüsü dağılıb


APA-nın məlumatına görə, hadisə iyunun 17-də saat 15.00 radələrində yolun Hacıqabul rayonu Muğan kəndindən keçən hissəsində qeydə alınıb.

Yük maşınının sürücüsü Muğan kəndinə gətirdiyi torpağı boşaltdıqdan sonra avtomobilin yük yerini aşağı salmadan magistral yolda hərəkət edərkən maşını yolun üzərindən keçən dəmiryolu körpüsünə çırpıb.

Hadisə nəticəsində körpünün və dəmiryolu xəttinin bir hissəsi dağılaraq yararsız hala düşüb. Körpünün dağılması səbəbindən Bakı-Qazax yolunun bir hissəsi avtomobillərin hərəkəti üçün bağlanıb.

Əraziyə yol polisi əməkdaşları nəzarət edir.

Hadisəni törədən yük maşınının sürücüsü saxlanılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
XS
SM
MD
LG