Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:40
-

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında bir neçə rayonu işğalda saxlayan erməni rejimi iyulun 19-da prezident seçkisi keçirəcək. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Seçkidə əsas rəqiblər indi özünü prezident adlandıran Bako Sahakianla Azərbaycanla müharibədə əsas rol oynamış istefada olan general Vitaly Balasanian hesab edilir. Amma onlardan başqa daha iki az tanınan adam seçkiyə qatılıb.

53 yaşlı Vitali Balasanyan 1991-1994-cü illərdə Xocalı rayonu istiqamətində Azərbaycana qarşı hərbi əməliyyatlara rəhbərlik edib. Bakı erməni qüvvələrinin1992-ci ildə Rusiya hərbi qüvvələrinin yardımı ilə Xocalıda soyqırımı törətdiklərini iddia edir.

Millətçi Daşnaksütyun partiyası rəsmən Bako Sahakyanı müdafiə etsə də Balasyan qurumun üzvlərinin çoxunun onu müdafiə etdiyini bildirir.

Azərbaycan özünün işğal altında olan ərazilərində erməni rejiminin keçirdiyi bütün seçkiləri qanunsuz adlandırıb. Böyük xarici qüvvələr də belə seçkiləri tanımır, bu addımlarla əraziləri işğalda saxlayan rejimin legitimləşməsinin mümkün olmadığını bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG