Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49

Beynəlxalq Olimpiya Komitəsi biletlərin qara bazarda satılmasını araşdırır




Beynəlxalq Olimpiya Komitəsi iyunun 16-da London Olimpiadasına biletlərin qara bazarda satılmasına dair iddiaların araşdırılmasına başlayıb. Bu barədə “The Sunday Times” qəzeti yazandan sonra Komitə məsələni araşdırmaq üçün komissiya yaradıb. Qəzet iddia edir ki, onlarla ölkədə Milli Olimpiya Komitələri biletləri şişirdilmiş qiymətlərlə satırlar. Qəzetin əməkdaşları jurnalist olduqlarını gizlədərək 54 ölkədən 27 rəsmi ilə biletləri bir yerdən 10 000 dollara almağa razılaşıblar.

Beynəlxalq Olimpiya Komitəsi ciddi araşdırmadan sonra günahkarlara qarşı sərt sanksiyalar tətbiq edəcəyini bildirir.

Ukraynanın Milli Olimpiya Komitəsinin rəsmisi Volodymyr Herashenko keçən ay biletlərin qara bazarda satılmasına dair iddialara görə vəzifəsindən istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG