Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:27

Yunanlar seçkiyə gedir, Avropa intizarla nəticə gözləyir


Seçkilərə hazırlaşan yunanlar
Seçkilərə hazırlaşan yunanlar
-

İyunun 17-də Yunanıstanda parlament seçkisi başlayıb. Bu seçkinin nəticəsi Yunanıstanın illərdir davam edən maliyyə böhranına və avrozonanın gələcək taleyində ciddi rol oynaya bilər.

Seçkinin ilkin nəticələri Bakı vaxtilə gecə saat 12-ə məlum olacaq.

Müşahidəçilər hazırda ölkənin radikal solçu Sıriza və mühafizəkar Yeni Demorkatiya partiyaları arasında təxminən yarıya bölündüyünü deyirlər.

Sıriza partiyasının lideri elan edib ki, onlar hakimiyyətə gəlsələr, Avropa Birliyindən 130 milyard avroluq yardım paketinin alınmasına dair ilin əvvəlindən başlayana danışıqlar tarixə göndəriləcək. Mühafizəkarların lideri də Avropa Birliyi ilə həmin yardım paketini yenidən müzakirə edəcəklərini deyib.

Bundan əvvəl mayın 6-da keçirilmiş parlament seçkisində qalib gələn partiyalardan heç biri hökuməti formalaşdıra bilmədi. Ona görə bugünə yeni parlament seçkisi təyin edilib.
Ötən həftə Böyük 20-lik ölkələrinin liderləri bildiriblər ki, Yunanıstanda yeni formalaşacaq hökumət avro pul vahidini işlədən ölkələrin cərgəsindən çıxsa, maliyyə bazarında sabitliyi qorumaq üçün ciddi addımlar atacaqlar. Yunanıstanın Avropa Birliyindən maliyyə yardımlarından imtina etməsi onun həm də avrodan çıxması ilə nəticələnə bilər.
Bu baş verənsə, avrozonada ciddi qeyri-sabitlik, avronun dəyərdən düşməsi gözlənir.
XS
SM
MD
LG