Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:35
İki gün davam edən istilərdən sonra havanın temperaturu enib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 17-də Bakıda şimal küləyinin sürəti nisbətən artacaq və bu səbəbdən temperatur 30-34 dərəcə intervalında dəyişəcək. İyunun 18-də hava şəraiti daha da sərinləşəcək, küləkli hava davam edəcək. Havanın temperaturu paytaxtda 26-29 dərəcə olacağı gözlənir. Nisbətən sərin hava iyunun 20-dək davam edəcək.
Respublikanın digər bölgələrində də iyunun 17-dən 19-u gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq, bəzi rayonlarda axşam və gecə saatlarında yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda leysan olacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG