Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:33

«Heydər Əliyev dühasına pərəstiş edirik»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 107 (20.512) 9 iyun 2012


ACARISTAN MUXTAR RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT ETMİŞLƏR

Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşolamidze və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin ziyarət etmiş, abidə önünə gül qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Sonra nümayəndə heyəti Heydər Əliyev Muzeyinə gələrək Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışdır.

Qonaqlara məlumat verilmişdir ki, Heydər Əliyev Muzeyi ulu öndərin həyat və fəaliyyətinin, siyasi – nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir.

...Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşolamidze muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

XİLASKARLIQ MİSSİYASI

...Bir sözlə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytardı, müstəqilliyimizin əsl xilaskarı, hər bir vətəndaşın böyük qayğıkeşi, hamısı kimi hələ sağlığında xalqın qəlbində heykəlləşdi, əbədiləşdi.

Keçilmiş yola nəzər salanda Heydər Əliyev dühasına ancaq qibtə və pərəstiş edirik. Onun həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə - neçə qərinəyə, əsrə bərabərdir.

Bu gün müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkəmizin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğur ardınca uğur qazanılır, ulu məmləkətimiz gündən – günə inkişaf edir. 20 il bundan öncə olum, ya ölüm dilemması qarşısında qalan Azərbaycan bu gün regionda lider dövlətdir, inkişaf etməkdə olan ölkələr sırasındadır. Ölkəmizin siyasi nüfuzu günbəgün yüksəlir, Azərbaycan beynəlxalq aləmdə söz sahibinə çevrilir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- 26 həkim və orta tibb işçisi Türkiyə universitetlərində kurslara göndərilmişdir

- Film fondu qapılarını balaca kinosevərlərin üzünə açacaq

- Gürcüstanlı uşaqlar Duzdağ Fizioterapiya Mərkəzindəki müalicədən razıdırlar
XS
SM
MD
LG