Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

ABŞ Yəmən və Somalidə yaraqlılarla mübarizə apardığını təsdiqləyir


Barack Obama hökuməti ABŞ hərbçilərinin Yəmən və Somalidə islamçı yaraqlılara qarşı mübarizə aparmasını təsdiqləyib.

Bu barədə ABŞ Konqresinin xarici reydlər barədə növbəti hesabatında bildirilir.

Amma pilotsuz təyyarələrdən istifadə də daxil olmaqla əməliyyatın detallarına aydınlıq gətirilmir.

Hesabatda Yəməndə fəaliyyət göstərən “Ərəb yarımadasındakı əl Qaidə” təşkiilatının əl
Qaidə şəbəkəsi ilə əlbir olan ən təhlükəli qurum olduğu bildirilir.

Somalidə isə əl Qaidə ilə əlbir olan yerli “Əl Şabab” qrupu fəaliyyət göstərir.
XS
SM
MD
LG