Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:55

Səudiyyə Ərəbistanının şahzadəsi vəfat edib


Səudiyyə Ərəbistanının şahzadəsi Naif bin Abdulaziz 79 yaşında ABŞ-da vəfat edib.

Kral Abdullanın qardaşı və taxt-tacın varisi Naif bin Abdulaziz Birləşmiş Ştatlarda mülicədəydi.

O 1975-ci ildə Səudiyyə Ərəbistanın daxili işlər naziri olub.

Bu ölkədə vacib dövlət postlarını kral ailəsinin üzvləri tutur.

Naif ötən ilin oktyabrında-qardaşı Sultan vəfat etdikdən sonra taxta çıxmışdı.

Qədimdən bu ölkədə taxt-tac bir nəsil çərçivəsində bir qardaşdan digərinə keçir və yalnız bundan sonra böyük qardaşın oğulları taxta iddia edə bilərlər.
XS
SM
MD
LG