Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:19

Buraxılış imtahanları davam edir


İyunun 18-də Azərbaycanın 12 rayonunda (Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan) XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

Buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə olacaq.

Şagirdlərə ümumilikdə 60 test tapşırığı təqdim edilir.

Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
XS
SM
MD
LG