Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:34

ABŞ gənc immiqrantlara qarşı qaydaları asanlaşdırır



Birləşmiş Ştatlar ölkə ərazisində olan gənc qanunsuz immiqrantlara qarşı daha liberal qanun qəbul edib.

Ağ evin qəbul etdiyi və təcili qüvəyə minən yeni qanuna görə yeniyetmə vaxtı Birləşmiş
Ştatlara gəlmiş, ölkədə 5 il yaşamış, ali məktəb bitirmiş və ya oxumaqda davam edən, məhkum edilməmiş, 16-30 yaş arası şəxlər ölkədən deportaqsiya edilməyəcəklər.

Onların hamısı Birləşmiş Ştatlarda məhdudiyyətsiz iş icazəsi ala bilərlər.

Prezident Barack Obama bildirib ki, bu qanunsuz immiqrantlar üçün amnistiya deyil və yüz minlərlə insanı kölgə iqtisadiyyatından çıxarmaqla ABŞ-ın maraqlarına xidmət edir.

O qeyd edib ki, bu ABŞ-ın immiqrasiya sistemini daha ətalətli edir.

Bunu seçkiqabağı gediş sayan müşahidəçilər hesab edirlər ki, Obama bununla çoxunun immiqrant qohumu olan ispandilli əhalinin səsini qazanmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG