Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:06
Futbol üzrə Avropa Çempionatının iyunun 15-də keçirilən ilk oyununda Ukrayna və Fransa milliləri qarşılaşıb.

Donetskdə güclü yağış olduğundan oyun 1 saata yaxın dayandırılıb.

Oyunun birinci hissəsi heç-heçə başa çatıb.

53-cü dəqiqədə isə Jérémy Ménez'in vurduğu qolla fransızlar hesabı açıb. 3 dəqiqə sonra onlar Ukrayna komandasının qapısından ikinci topu keçiriblər. Bu dəfə Yohan Cabaye fərqlənib. Ukrayna-Fransa - 0:2.

İsveç-İngiltərə oyunu daha maraqlı alınıb. Hesabı ingilislər açıb. Oyunun 23-cü dəqiqəsində Andy Carroll isveçlilərin qapısına yol tapıb.

49-cu dəqiqədə ingilis müdafiəçi Glen Johnson öz qapısına qol vurmaqla hesabı bərabərləşdirib. 59-cu dəqiqədə isə Olof Mellberg isveçliləri önə çıxarıb – 2:1.

Buna baxmayaraq, 64-cü dəqiqədə yarımmüdafiəçi Theo Walcott hesabı bərabərləşdirə bilib. Nəhayət, 78-ci dəqiqədə Danny Welbeck İngiltərə komandasına qələbə qazandıran topu vurub. İsveç-İngiltərə - 2:3.

QRUPLARDA SON OYUNLAR BAŞLAYIR

İyunun 16-da Avropa çempionatının «A» qrupunda son oyunlar keçiriləcək.

İlk iki matçda heç-heçə oynayan ev sahibi Polşa Çexiya, Rusiya millisi isə Yunanıstanla qarşılaşacaq.

Son tur ərəfəsində Rusiya 4 xalla qrupa liderlik edir. Çexiyanın 3, Polşanın 2, Yunanıstanın 1 xalı var.

Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

XS
SM
MD
LG