Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:25

Son gün ərzində Suriyada azı 18 adam öldürülüb


Suriyanın hökumıt qoşunları şənbə gününə keçən gecə Dəməşqin şimal ətrafını atəşə tutublar.

Suriyalı hüquq müdafiəçiləri azı 7 adamın öldüyünü, xəbər verirlər.

Hədəf müxalifət birləşmələri olub.

Həmçinin şənbə günü ölkənin müxtəlif rayonlarında azı 11 adam öldürülüb.

Hökumət qoşunları silahlı müxalifətin fəal olduğu Homs əyalətinin bir neçə qəsəbəsində axtarışlar, həbslər aparır.

Fransa cümə günü bəyan edib ki, əgər BMT-nin sülh planına əməl olunmadığı halda Suriya müxalifətinə qeyri-hərbi yüklər göndərə bilər.

Rusiya ilə Birləşmiş Ştatlar bundan əvvəl bir-birlərini Suriyaya silah göndərməkdə ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG