Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:43

Gürcüstanda milyarder müxalifət liderinin qardaşının biznes ortağı sorğu-suala tutulub



Gürcü Arzusu adlı müxalifət blokunun lideri, milyarder Bidzina İvanishvili qardaşının biznes ortağı, ABŞ vətəndaşı Alexsander Ronzhes iyunun 14-də Gürcüstandan çıxarkən Tbilisi hava limanında saxlanaraq 4 saat sorğu-sual edilib. Rəsmilər onun çirkli pulların pul yuyulması ilə bağlı aparılan istintaqa görə şahid kimi dindirildiyini deyirlər. Amma istintaqın kimə qarşı aparıldığı açıqlanmır.

Alexsander Ronzhes milyarder İvanishvilinin qardaşının Global TV kabel televiziyası şirkətində ortaqdır.

Bizdina İvanishvili bildirib ki, Gürcüstanın indiki rəhbərliyi aqoniya vəziyyətindədir və vətəndaşını istintaqa çəkdiyi üçün ABŞ hakimiyyəti qarşısında cavab verməli olacaq.
XS
SM
MD
LG