Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:51

İnsan haqları fəalları Suriya rejiminin seksual zorakılıqdan istifadə etdiyini bildirir



ABŞ-da yerləşən Human Rights Watch insan haqlarını müdafiə təşkilatı bildirir ki, Suriyada hökumət qüvvələri etirazları yatırmaq üçün kişilər, qadınlar və uşaqlara qarşı seksual zorakılıqdan istifadə edirlər.

Təşkilatın iyunun 15-də yayılan hesabatında qeyd edilir ki, hökumət qüvvələri “zorlama, əşyalardan istifadə etməklə zorlama, uzun müddət lüt saxlamaq, cinsi orqanları əllə əzmək və onlara döymək, elektroşok” kimi işgəncə üsullarından istifadə edirlər.

Təşkilat bu hesabatını Suriyada həmin işgəncələrə şahid olan, yaxud həbsxanalarda cəza çəkmiş şəxslərə istinadla hazırladığını bildirir. Sənədə görə xüsusilə həbsxanalarda seksual zorakılıq hökumətin istifadə etdiyi ən iyrənc metodlardandır.

Human Rights Watch əlavə edir ki, hətta qurbanlardan bir çoxu üzləşdiyi seksual işgəncələrdən öz adlarını verməklə danışmaqdan çəkinirlər, onlar rüsvay olmaqdan çəkinirlər.
XS
SM
MD
LG