Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:54
-



Həftəsonu, iyunun 17-də Yunanıstanda seçicilər təkrar parlament seçkilərində iştirak edəcəklər. Çünki mayın 6-da keçirilən seçkidən sonra partiyalardan heç biri hökumət formalaşdırmaq üçün koalisiya yarada bilmədilər.

Solçu Siriza partiyasının və mühafizəkar Yeni Demokratiya blokları hakimiyyətə gələcəkləri halda Avropa Birliyi və Beynəlxalq Valyuta Fonu ilə olan 130 milyard avroluq yardım paketi əvəzində sərt qənaət tədbirləri razılaşmasını pozacağını bildirir.

Ekspertlər əmindirlər ki, onlar qalib gəlsə, birjalarda çalxalanmalar qaçılmaz olacaq. İqtisadçı Zsolt Darvas deyir ki, bu yardım paketi olmasa Yunanıstanın pulu iyunun sonunda bitəcək və Yunanıstan eurozonadan çıxası olacaq.

YUNANISTAN AVROZONADAN NECƏ ÇIXACAQ?

Bu sualın dəqiq cavabı yoxdur. Çünki, Avropa Siyasət Mərkəzindən Janis Emmanouilidis deyir ki, avrozona konkret təşkilat deyil. Yunanıstan ancaq Avropa Birliyinin üzvüdür, indi avrodan imtina etməsi üçün də əvvəlcə Avropa Birliyindən çıxmalı, sonra isə avro deyil, özünün pul vahidi ilə birlikdə təzədən Avropa Birliyinə daxil olmalıdır.

Ancaq Emmanouilidis fikrincə, Yunanıstan parlamenti, Avropa Birliyindəki tərəfdaşlar və Brüssellə aparılan danışıqlardan sonra fərqli – rahat bir çıxış yolu tapıla bilər.

Amma burada bir “əmma” var ki, bundan ötrü referendum tələb oluna bilər. Rəy sorğuları isə göstərir ki, yunanların 70-80 faizi Avropa Birliyindən çıxmaq istəmir.

AVROZONADAN ÇIXSA YUNANISTANA NƏ OLACAQ?

İqtisadçı Zsolt Darvasın fikrincə bu, çox ağrılı olacaq. Yunanıstanın maliyyə sektoru çökə bilər, özəl sektor çox düşəcək, iqtisadiyyat isə daha çox kiçiləcək, işsizlik artacaq və vergi ödəyənlərin azalması ilə isə büdcənin gəlirləri də azalacaq.

Artıq indidən Yunanıstanda banklarda pulu olanlar vəsaitlərini başqa ölkələrə köçürməyə başlayıblar. Son 5 ildə 13 faiz azalan ümumi daxili məhsul sadəcə növbəti ildə daha 40-50 faiz azalacaq.

Avronun yerinə tətbiq ediləcək milli valyuta - draxmanın bu durumda sürətlə ucuzlaşması qaçılmaz olacaq. Bu da ölkəyə idxal olunan malların qiymətini artıracaq. Ancaq uzun müddətli baxanda, ucuz draxma Yunanıstanın ixracını artıra bilər.

YUNANISTAN ÇIXSA AVROZONAYA NƏ OLACAQ?


Yunanıstanın avrozonadan çıxması Avropada banklara inamı zəiflədəcək. Xüsusən də Yunanıstanın dövlət borclarını alan Fransa banklarına.

Üstəlik, avrozonadan çıxma bir xəstəlik kimi yoluxucu effekt yarada bilər. Artıq digər ölkələr də düşünəcəklər ki, onlar çıxdısa, biz niyə qalaq və s.

Yunanıstanın çıxması borc böhranıyla üz-üzə qalan İspaniya, Portuqaliya və İrlandiyaya kömək istəyənlərin sayını azaldacaq.

YUNANISTAN ÇIXSA, DOLLAR VƏ QIZILA NƏ OLACAQ?

Avropa Siyasət Mərkəzindən Cinzia Alcidinin fikrincə, Yunanıstan avrozonadan çıxması avronun sabitliyinə inamı azaldacaq və insanlar yenidən dollar almağa başlayacaq. Bu da dolların dəyərini artıracaq. Və dolları ucuz tutmaqla öz ölkəsində müəyyən iqtisadi dirçəliş edən Vaşinqton administrasiyanın xoşuna gəlməyəcək.

Maliyyə böhranı başlayandan bahalanmağa başlayan qızılın qiyməti isə bu durumda lap qalxa bilər. Çünki həmişə inamsızlıq olanda qızıl insanların ən güvəndiyi investisiya olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG