Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:40

Rusiya Suriyaya vertolyot satmadığını, amma onları təmir etdiyini deyir


Rusiya etirazları yatırmaq üçün Suriya rejiminə hücum vertolyotları satması barədə məlumatları təkzib edir. Rusiya Xarici İşlər Nazirliyindən iyunun 15-də yayılan xəbərdə deyilir ki, Moskva həmin vertolyotları illər öncə Suriyaya satıb. İndi isə yalnız onların təmir edir.

ABŞ Dövlət Katibi Hillary Clinton bu həftənin əvvəlində Moskvanı Suriya rejiminə hücum vertolyotları satmaqda ittiham etmişdi. ABŞ Suriya rejiminin həmin vertolyotlardan mülki sakinləri öldürmək üçün istifadə etməsindən narahatdır.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-la Suriya prezidenti Bashar Assadın hakimiyyətdən getməsini müzakirə etdikləri barədə xəbərləri də təkzib edib:

- Mən xəbərlərdən oxudum ki, ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland Suriyanın indiki prezidenti Bashar Assadın getməsindən sonrakı siyasi keçid dövrü haqqında ABŞ-la Rusiya arasında müzakirə aparıldığını deyib. Əgər o, belə söz deyibsə, doğru deyil. Belə müzakirələr yoxdur, bu, bizim Suriya məsələsində tutduğumuz mövqeyə qətiyyən uyğun gələn söhbət deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG