Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:32
«Azərbaycan kriminogen durumun sabitliyinə görə nəinki keçmiş Sovet respublikaları, hətta qərb ölkələri arasında da seçilir».

Bunu iyunun 15-də jurnalistlərə müsahibəsində Daxili İşlər naziri Ramil Usubov deyib. Onun sözlərinə görə, bunu Azərbaycana gələn xarici vətəndaşlar, turistlər özləri də bunu etiraf edirlər.

Nazir Bakı şəhərində avtomobillərdən yüksək səs siqnallarının yığışdırılması istiqamətində tədbirlərin görüldüyünü də deyib. Ramil Usubova görə, bununla bağlı vətəndaşlardan nazirliyə müraciətlər olunmaqdadır.

«Bunu nəzərə alaraq tədbirlər görürük. Bundan sonra da müvafiq tədbirlər görəcəyik ki, səsgücləndirici aparatlardan az istifadə olunsun».

Yol polisinə tövsiyə olunur ki, səsgücləndiricilərdən yalnız zəruri hallarda istifadə olunsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG