Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:37

“Misir “təhlükəli günlərlə” üzləşib”


“Müsəlman Qardaşları” bildirir ki, Konstitusiya Məhkəməsi yeni seçilmiş islamçı parlamenti ləğv etdikdən sonra Misir “təhlükəli günlərlə” üzləşib.

Konstitusiya Məhkəməsinin hakimləri keçmiş prezident Hüsnü Mübarək tərəfindən təyin olunub. Məhkəmə həmçinin Hüsnü Mübarək dövrünün son baş naziri general Əhməd Şəfiqə prezident seçkilərinin ikinci turunda namizədliyini irəli sürməsinə icazə verib.

Parlamentin buraxılması ''Müsəlman qardaşları" partiyasından Məhəmməd Mursi və general Əhməd Şəfiqin namizədliyini irəli sürdükləri prezident seçkisi başlamazdan əvvələ təsadüf edir.

Analitiklər deyir ki, məhkəmənin bu qərarı Misiri 16 ay əvvələ - Mübarəkin devrildiyi və hərbi qüvvələrin hakimiyyətə yiyələndiyi zamana geri çəkir.

ABŞ Dövlət Katibi Hillary Clinton Misiri idarə edən hərbi şuraya demokratik islahatlar aparmağa çağırıb.
XS
SM
MD
LG