Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Coca-Cola Myanmada satışa başlayır


ABŞ içki şirkəti Coca Cola elan edib ki, son 60 il ərzində ilk dəfə Myanmada öz məhsullarının satışına başlayacaq.

Bu bəyanat ABŞ hökumətinin Myanmadakı demokratik islahatlardan dolayı ölkəyə investisiya sanksiyalarını dayandırma qərarından sonra verilib.

Myanma Coca-Colanın olmadığı 3 ölkədən biridir. Digər 2 ölkə isə Kuba və Şimali Koreyadır. Ötən ilə qədər müstəbid hərbi xunta tərəfindən idarə olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG