Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:14

OPEK neft bazarındakı vəziyyəti müzakirə edir


Neft istehsal edən ölkələri özündə birləşdirən OPEK təşkilatı Vyanada neft bazarındakı vəziyyəti müzakirə edir.

Bu ilin martından dünya bazarında neftin qiyməti düşməyə başlayıb.

1 barel neftin qiyməti təxminən 30 dollar ucuzlaşaraq 100 dollara düşüb.

Analitiklər bunun səbəbini qismən Səudiyyə Ərəbistanının neft istehsalını artırmasında görürlər.

Buna səbəbsə bir sıra dünya ölkələrinin Tehrana qarşı beynəlxalq sanksiyalara görə,
İrandan neft alınmasını dayandırmasıdır.

Tehran bundan əvvəl Səudiyyə Ərəbistanına xəbərdarlıq etmişdi ki, əgər neft satışını artırsa bunun pis nəticələri olacaq.
XS
SM
MD
LG