Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:02
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatović son vaxtlar Azərbaycanda jurnalistlərin təqib olunması və azadlıqların məhdudlaşdırılması ilə bağlı narahatlığını bildirib:

«Cəmi bir həftə əvvəl bloqqer Bəxtiyar Hacıyevin azad edilməsini alqışladım. Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümidimi ifadə etdim. Təəssüf ki, bu gün mənfi tendensiyalar davam edir».

D.Mijatović iyunun 13-də Xarici İşlər naziri Elmar Məmmədyarova məktub göndərib. Məktubda xuliqanlıq ittihamı ilə 5 ilə qədər həbs təhlükəsi ilə üzləşən fotojurnalist Mehman Hüseynovun məsələsi qaldırılıb. Həmçinin, narkotik maddə saxlamaqda ittiham olunan İran telekanalının müxbiri Anar Bayramlı barədə hökmdən söz açılır:

«Ümid edirəm ki, Hüseynova qarşı bu ittihamlar aradan qaldırılacaq. «Xəyal» telekanalından Zaur Quliyev və Vüqar Qonaqov da daxil olmaqla, bütün jurnalistlər azad ediləcək. Jurnalistlərin həbsi və mühakiməsi onların tənqidlərinə heç də yaxşı cavab deyil».

D.Mijatović Milli Məclisin iyunun 12-də «İnformasiya əldə etmək haqqında» qanuna etdiyi düzəlişlərdən də narahatlığını bildirib. O, bunu senzura kimi qiymətləndirib:

«Bu düzəlişlər mətbuat və informasiya azadlığına mənfi təsir göstərəcək. «İnformasiya əldə etmək haqqında» Azərbaycan qanunu ATƏT məkanında ən yaxşı qanunlardan biri idi. Hakimiyyəti son zamanlar baş verən bu mənfi tendensiyaların qarşısını almaq üçün əlindən gələni etməyə çağırıram».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG