Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:52

Ermənistan hökuməti müharibə təliminə başlayır


Ermənistanın Müdafiə naziri Seyran Ohanyan.

Ermənistanın Müdafiə naziri Seyran Ohanyan.

-



İyunun sonunda Ermənistan hökuməti müharibə şəraitində işini təşkilinə dair təlimlərə başlayacaq. AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə bu barədə iyunun 14-də hökumətin iclasında qərar qəbul edilib. İclasdan sonra Ermənistanın Müdafiə naziri Seyran Ohanyan deyib ki, onlar 3 günlük təlimlərə iyunun 25-də başlayacaqlar:

“İyunun 25-i, 26-ı və 27-də hücumun dəf edilməsi zamanı hökumət orqanları arasında hərbi-siyasi vəzifə bölgüsünə dair təlimlər olacaq. Mən bütün hökumət orqanlarından xahiş etdim ki, cavabdeh şəxs təyin etsinlər. Çünki tam dövlət miqyaslı döyüş hazırlığı aparılacaq.

Bu fonda biz hərbi vəziyyətə keçid haqqında fərmanlar hazırlayacaq, Ermənistan Respublikasının kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (MDB ölkələrinin bir qisminin qoşulduğu kollektiv təhlükəsizlik sazişi) rəhbərliyinə müraciəti hazırlanacaq.”

Ohanyan həm də məlumat verib ki, bu ilin sentyabrında Ermənistanda KTMT-nın kollektiv operativ cavab qüvvələrinin birgə təlimləri olacaq. Həmin təlimdə də təşkilata daxil olan bütün ölkələrin təmsilçilərinin iştirakı ilə komanda-qərargah təlimləri olacaq.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına keçmiş sovet respublikalarından 7-i – Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG