Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:28

Karzai qonşu ölkələri daha sıx əməkdaşlığa çağırıb


Əfqanıstan prezidenti Hamid Karzai region ölkələrini Əfqanıstanda sabitlik və iqtisadi inkişafın möhkəmlənməsində daha yaxından iştirak etməyə çağırıb.

O belə bir bəyanatla iyunun 14-də Kabildə keçirilən beynəlxalq konfransda çıxış edib.

O qeyd edib ki, iqtisadi və təhlükəsizlik sahələrində yaxından əməkdaşlıq regionda terrorçuluq və ifratçılığa qarşı mübarizəni daha səmərəli edəcək.

Karzai qeyd edib ki, Əfqanıstandakı sülh şurasının rəhbəri Salahuddin Rabbani Taliban liderlərini sülh danışıqlarına cəlb etmək məqsədilə yaxın vaxtlarda Pakistan və Səudiyyə Ərəbistanına yollanacaq.

O həmçinin qey edib ki, Əfqanıstanla ABŞ arasındakı strateji tərəfdaşlıq razılşaması
Kabillə Tehran arasındakı münasibətlərə xələl gətirməməlidir.

Konfransda ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, İran və Türkiyə də daxil olmaqla 30 ölkə və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
XS
SM
MD
LG