Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:35

Dünya tarixində «ilk rüşvət» Şumerdən başlayıb?


«Tarix şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk»
«Tarix şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk»
Bakı Slavyan Universitetində AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayevin rəhbərliyi altında «Filoloqun kitabxanası-100» seriyasından növbəti kitab işıq üzü görüb.

Xəbəri AzadlıqRadiosuna universitetin mətbuat xidməti verib.

Tanınmış şumeroloq Samuel N.Kramerin «Tarix şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk» kitabı axır ki, Azərbaycan dilində oxuculara təqdim edilib.

Samuel Noah Kramer ömrünü şumer tarixini öyrənməyə həsr edib.

Kramer Şumerin tarixdə ən qədim siyasi qurum olmasını sübut edib.

O, şumer miflərinin öyrənilməsini elm kimi formalaşdırıb.

Şumer ədəbiyyatının mahiyyətini, tarixi məzmununu, estetik qavramını sələflərindən - müəllimlərindən, müasirlərindən - çiyin-çiyinə çalışdığı həmkarlarından və xələflərindən - tələbələrindən fərqli şəkildə izah edib və bununla da 4-5 min il əvvəlki Şumer ədəbiyyatını 2 min il, 3 min il ondan sonrakı, hətta bugünkü ədəbiyyatın təməli, başlanğıcı və estetik məfkurə mənbəyi kimi təqdim edib.

O, şumerlər haqqında bir neçə kitabın müəllifidir. «Şumerlər: tarixləri, mədəniyyətləri və xarakterləri», «Şumerlərin bic tanrısı Enki», «Şumer mifologiyası», «Tarix şumerdə başlayır» və. s.

Müəllif 39 tarixi, bəşəri hadisə və faktın ilk dəfə şumerdə yazıya alındığını bildirir və o səbəbdən də kitabını «Yazılı tarixdə otuz doqquz ilk» adlandırıb.

Kitab 1956 və 1959-cu illərdə çıxıb və ilk adı «Şumer tabletlərindən» olub.

Daha sonra araşdırmalarını davam etdirən Kramer yeni ilklər tapıb və 1989-cu ildə əsərin üçüncü nəşrinə nail olub.

Kramerin fikrincə, tarixdə ilk ikipalatalı məclis, ilk yeniyetmə özbaşınalığı, ilk farmakopeya, ilk diplomatik yazışma, ilk layla, hətta ilk rüşvət şumerlərdə yaranıb.

Tədqiqatçı şumerdə insan haqqı və hüququnun tanındığı qənaətinə gəlib.

Çünki şumerlərə aid arxeoloji tapıntılarda müqavilələr, kontraktlar, vəsiyyətnamələr, veksellər, qəbzlər, məhkəmə qərarları və s. tabletlər tapılıb.

«Şumer məktəblərində yuxarı sinif şagirdləri xüsusi hüquq terminlərini, qanun maddələrini və məhkəmə qərarlarını yazaraq öyrənməyə çalışmışlar. Belə bir məhkəmə qərarının bütün mətnini əhatə edən bir tablet 1950-ci ildə tapıldı».

Samuel N. Kramerin «Tarix şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk» kitabı indiyədək 17 dilə, o cümlədən, alman, fransız, ərəb, rus, türk və s. dillərinə tərcümə olunub.

Kitabı Azərbaycan dilinə Tamara Hacıyeva çevirib.

Elmi redaktor, şərhlər, ön və son sözün müəllifi professor Tofiq Hacıyev, redaktoru isə filologiya doktoru Rövşən Əliyevdir.

Xatırladaq ki, «Filoloqun kitabxanası – 100» seriyasına 2004-cü ildən başlanılıb.

Seriyanın məqsədi dünya filoloji-fəlsəfi fikrinin ən dəyərli nümunələrini orijinaldan Azərbaycan dilinə tərcümə edib nəşr etdirməkdir.

İndiyədək həmin seriyadan dəyərli nəşrlər çıxıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG