Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:17

Anti-hökumət etirazında iştiraka görə həkimlər cəzalandırıldı


Bəhreyn Apelyasiya Məhkəməsi iyunun 14-də 9 tibb işçisinə bəraət, 9-na isə hökumət əleyhinə etirazlarda iştirak etdiyinə görə cəza verib. Onlar Bəhreyndə xalq qiyamı zamanı yaralı vətəndaşlara yardım etməkdə günahlandırılır.

Həkimlərdən biri 5 il, digəri 3 il, digər 7 həkim isə 1 aydan 1 ilə qədər azadlıqdan məhrum ediliblər.

Ümumilikdə sayı 20 olan bu həkimlər 2011-ci ilin martında hökumət əleyhinə üsyanlar başlayarkən təhlükəsizlik qüvvələri tərəfindən dağıdılan “Manama's Salmaniya Medical” tibb mərkəzində işləyirdilər.
XS
SM
MD
LG