Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:16

“Nokia” 10 min işçini ixtisar edir


Dünyanın ən böyük mobil telefon istehsalçılarından olan Finlandiyanın Nokia şirkəti bəyan edib ki, 2013-cü ilin sonuna qədər 10 min iş yerini ixtisara salmağı planlaşdırır.

İyunun 14-də şirkət rəhbəri Stephen Elop bildirib ki, bu ixtisarlar qurumun uzunmüddətli rəqabət gücünü təmin etmək məqsədi güdən “xərc-qənaət” tədbirlər planının bir hissəsidir.

Nokia 2011-ci ilin sonuna qədər dünyada 134 min insanı işlə təmin edib. Kompaniya digər smartfonlarla rəqabətdə son illər satışın aşağı düşdüyünü müşahidə edib.

“Nokia” smartfonlar bazarına Microsoft mobil əməliyyat sistemi ilə birləşərək girib.
XS
SM
MD
LG