Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:11

Naxçıvanlı İmoş dayının gileyləri


Naxçıvan
Naxçıvan
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 72 (20.477) 20 aprel 2012


NAXÇIVAN ŞƏHƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ PROFİLAKTİK ENDİKRİNOLOJİ MÜAYİNƏLƏRƏ START VERİLMİŞDİR

Hər hansı bir xəstəliyin erkən mərhələdə aşkar edilməsi onun müalicəsini asanlaşdırır, fəsadların, ağırlaşmaların qarşısını alır. Odur ki, muxtar respublikamızda uşaq əhalisi vaxtaşırı olaraq ixtisas həkimləri tərəfindən müayinədən keçirilir. Son illərdə ümumtəhsil müəssisələrində göz, LOR həkimləri, pediatr və stomatoloqlar tərəfindən profilaktik müayinələrin aparılması ənənə halını alıb. Uşaqlar arasında endikrinoloji xəstəliklərin, xüsusən zob, piylənmə və digər xəstəliklərin də müşahidə olunması muxtar respublika endokrinoloqlarının da kütləvi müayinələr aparmağa sövq edir. Bu məqsədlə ötən həftədən Naxçıvan şəhər ümumtəhsil məktəblərində profilaktik endikrinoloji müayinələrə start verilib.

...Naxçıvan şəhər ümumtəhsil məktəblərində profilaktik endikrinoloji müayinələr davam etdirilir.


İMOŞ DAYININ GİLEYLƏRİ

... A bala, bilmirəm dərdimi kimə deyim. Bu nanəciblərin əlindən lap təngə gəlmişəm. İmkan vermirlər ki, yolumuzu düz gedək. Adam da bu qədər ədəbsiz olar?! (cib tərəfi azacıq yanan pencəyini göstərir). Bax. Budur ha, biri səhər-səhər kefimə soğan doğradı. Binanın altından keçirdim, bir də baxdım göydən nəsə tüstülənə - tüstülənə düşdü pencəyimin üstünə. Baxam, hələ sönməmiş siqaret kötüyü. Tezcə yerə tullasam da pencəyimi yandırdı. Bunlarda mərifət, qanacaq qalmayıb. Daha binaların altından keçməyə də qorxuruq. Bir də görürsən, çirkli su, siqaret kötüyü, meyvə-tərəvəz qabığı, nə bilim, əllərinə nə gəldi, tullayırlar aşağı. Sonra da hələ utanmaz – utanmaz həyətin çirklənməyindən dəm vurub şikayət də edirlər (bir az da qeyzlənib sözünə davam etdi:

Bu hələ harasıdır?! O gün nə görsəm yaxşıdır?! Dayanacaqda avtobus gözləyirdim. Bir nəfər də növcavan yanımda. Bir də baxdım, o, siqaret qutusunu düz yolun qırağına tullayıb tələm-tələsik avtobusa mindi. Matım-qutum qurudu. Dedim, pərvərdigara, bu nə dərddir düşmüşük. Səhər çıxırsan şəhərə, hər yan təmiz, səliqəli. Üstündən 2-3 saat keçir, baxırsan yolun qırağında boş butulkalar, kontur, konfet, saqqız kağızları. İnan, bala, bilmirəm mən bu adamlara nə deyim? Yəqin bunlarda insaf deyilən şey qalmayıb. Təmizlik işçiləri min bir əziyyətlə şəhərin təmizliyinə ciddi fikir verirlər. Bezmədən, yorulmadan çalışırlar. Axı insan nə qədər vicdansız olar ki, bütün bunları görməzdən gələr, düz yanında duran o yekəlikdəki təmizlik qutularının fərqinə varmaz...

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Ali təhsil ocağında 11-ci Mirzə Cəlil günləri
- Elektrik enerjisindən səmərəli istifadə edilir
- Mollanəsrəddinçilik təliminin dərsləri
XS
SM
MD
LG