Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:49
Babək Ağayev


sönük... çox sönük

(itlərə ithaf etməyə qorxuram)

arxamca ölmüş itlərin ruhları sürünür
fəsillər dolaşır dönür... ağaclar yenə bürünür yaşıla

hərə öz köşəsində xısın-xısın hönkürür
bir ovuc keçmişləri önlərində
gözlərindən süzülən gələcəklə
hıçqırır qışqırır bütün insanlar
deyirlər ki bir daha gələcəklər
bu dəfə tam silahlı
ürəkləri şeytan dolu çiyinləri mələksiz bəbəkləri allahlı

kölgələr qaçır qabağa... qucaqlayır sonraları... udur zamanı kölgələr...
döngələr burur yolları... yalayır ayaq izlərin... tələsdirir həyatı...

arxamca ölmüş itlərin qərib sərsəri ruhları sürünür
fəsillər dolaşır dönür... ağaclar yenə bürünür özünə

üzünə baxa bilmirəm itlərin...

Günün bütün mövzuları

XS
SM
MD
LG