Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:30

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, jurnalistlər İdrak Abbasov və Natiq Cavadlı müxalifət fəallarının, fotoreportyor Mehman Hüseynovun həbsi barədə danışırlar.

-
«Bizim hamımızdan qisas almaq üçün Mehman Hüseynova ittiham irəli sürdülər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov deyib:

«Mehman Hüseynov RATİ-nin əməkdaşı, «Turan» informasiya agentliyinin reportyoru olduğu üçün, gördüyü işlərlə Azərbaycan hakimiyyətinin əsl simasını bütün dünyaya çatdırdığı üçün bu iş açılıb. Onun fotoları dünyanın tanınmış qəzetlərində çap olunub, videoreportajlar aparıcı kanallarda göstərilib».

E.Hüseynov deyir ki, istinad olunan video-süjetlərdə M.Hüseynovun heç kimə toxunmadığı görünür:
Emin Hüseynov

Emin Hüseynov


«Mehman Hüseynov polisin təhqirlərinə və zorakılığına cavab olaraq bir neçə kobud ifadə işlədib. Lakin bu, cinayət əməli sayıla bilməz, bu, yalnız administrativ tənbeh olunan hal sayıla bilər. Mehman bildirib ki, polislər daha ağır söyüşlər söyüblər, amma cinayət işində yalnız 2 dəqiqəlik videonu təqdim ediblər və ittihamı 5 polisin ifadələri əsasında qurublar. Guya Mehman Çevik Polis Alayının manqa komandirini amansızcasına döyüb və bunu 5 polis görüb».

Jurnalist İdrak Abbasov deyir ki, onu bu il aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları döyüblər və bu cinayətin səbəbkarları hələ də tapılmayıb:

«Mənim məsələmə görə heç bir cinayət işi açılmayıb və heç kim cəzalandırılmayıb. Amma 22 yaşlı cavan bir reportyoru, cəmiyyətdə olan eybəcərlikləri təqdim edən bir adamı məsuliyyətə cəlb ediblər».

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, bu təzyiqlər cəmiyyətdə və beynəlxalq mediada «Eurovision» zamanı müşahidə edilmiş aktivliklə bağlıdır:

««Eurovision» ərəfəsində bütün diqqətlər Azərbaycana yönəlmişdi və ona görə də vətəndaş cəmiyyəti, beynəlxalq media çox fəal idi. Xeyli məsələlərlə bağlı yazılar, müzakirələr getdi. Həmin zamanda da hökumətin bəzi bəyanatları çox narahatlıq doğururdu ki, «Eurovision»dan sonra haqq-hesab çəkilməyə başlayacaq».

Rəşid Hacılı

Rəşid Hacılı

R.Hacılı deyir ki, bu qorxuların gerçək olduğunu, təzyiqlərini başladığını demək olar. Onun fikrincə, M.Hüseynovun həbsi məhz onun «Eurovision» prosesində iştirakı ilə bağlıdır.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə deyir ki, «Eurovision» zamanı aparılan kampaniya Azərbaycan hakimiyyətini sarsıtdı:

«Cəmiyyətə, gənclərə baxanda görmək olar ki, çox böyük əks-müqavimət və əks-proseslər gedir, bu proseslər güclənir və güclənəcək. Mən hesab edirəm ki, danışıqlara ehtiyac var və hakimiyyətin ən yaxşı yolu danışıqlarla prosesdən çıxmaqdır».


Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG