Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02

30-dan çox ölkə rəsmisi Əfqanıstana toplaşıb


Prezident Hamid Karzai Əfqanıstanda stabillik və iqtisadi inkişafı mövzusunda bir günlük beynəlxalq konfrans təşkil edib.

İyunun 14-də Kabildə “Asiyanın Ürəyi” konfransında Karzai Əfqanıstanla regional qonşuları arasında əməkdaşlığı gücləndirməyə çağırıb. Onun sözlərinə görə, bu əməkdaşlıq terrorizm, radikallıq və zorakılıqdan uzaq bölgəyə və iqtisadi çiçəklənməyə təkan verəcək.

Konfransda ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, İran, Türkiyə və Əfqanıstanın Mərkəzi Asiya qonşularından dövlət rəsmiləri və nazirlər daxil olmaqla, 30 ölkədən nümayəndə və beynəlxalq təşkilatlar iştirak edir.

NATO, Avropa Birliyi və BMT təmsilçiləri də tədbirə qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG