Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:03

Sərhəd kəndlərində vəziyyət, Moskvada «Eurovision» gecəsi....


Mətbuat icmalı
Mətbuat icmalı
DÖYÜŞ BÖLGƏSİNDƏN REPORTAJ

«Bizim yol» qəzeti Füzuli rayonunun Horadiz və Şükürbəyli kəndlərindəki vəziyyət haqqında yazır. Bu kəndlərin sakinləri qəzetə deyiblər ki, ABŞ Dövlət katibi Hillary Clintonun Bakıya gəlməsindən sonra atışma səsləri çoxalıb.

Sakinlər bu kəndlərdə borc dəftərində olmadan yaşamağın mümkün olmadığını da deyiblər: «Bir iş yeri açmırlar ki, camaat gedib dolansın. Yüz professor yığışa, qanun üçün bu qara dəftərləri görmək kifayətdir. Ona baxan bilər ki, camaat nə vəziyyətdə yaşayır».

ÖLKƏNİN NÜFUZLU ŞƏXSLƏRİ ƏLİ İNSANOVLA BAĞLI BƏYANAT VERDİ

«Azadlıq» qəzeti yazır ki, AXCP sədri Əli Kərimli, Müsavat partiyasının başqanı İsa Qəmbər, keçmiş baş prokuror Əli Ömərov, politoloq Zəfər Quliyev də daxil olmaqla 40-dan artıq siyasətçi, hüquq müdafiəçisi, yazıçı və politoloq Avropa İnsan Haqları Məhkəməsinin sədrinə müraciət ediblər. Müraciətdə bildirilir ki, «Azərbaycan siyasi hakimiyyətinə qarşı ittihamedici və ifşaedici çıxışlarına görə qisas alınması və işgəncə verilməsi məqsədilə Əli İnsanov ağır və dözülməz şəraitli 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. Orada 128 nəfərlik, insanın normal yaşayışı üçün heç bir şəraiti olmayan, döşəməsi və tavanı beton, rütubətli, havasız barakda qalmağa məcbur edilməklə ona işgəncə verilir. Həbsdə saxlanıldığı 5 ildən artıq müddət ərzində Əli İnsanovun məlumat azadlığı kobudcasına pozulur və ona müstəqil mətbuatla tanış olmaq qadağan edilib».

Müraciət müəllifləri Əli İnsanovun pozulan hüquqlarının müdafiəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətinə yubadılmadan baxılmasına kömək göstərilməsini xahiş edirlər.

MOSKVADA «AFTERPARTY EUROVİSİON-2012» ADLI XÜSUSİ GECƏ KEÇİRİLİB

«Yeni Azərbaycan» qəzeti yazır ki, Moskvada «Eurovision-2012» 57-ci mahnı müsabiqəsinə həsr olunmuş möhtəşəm «avrogecə» keçirilib. «Tanınmış bəstəkar və müğənni, «Eurovision-2012» mahnı müsabiqəsinə xüsusi qonaq kimi dəvət olunmuş Emin Ağalarovun təşkil etdiyi konsertdə ötənilki müsabiqənin qalibləri Eldar Qasımov və Nigar Camal, Azərbaycanın müsabiqədə builki təmsilçisi Səbinə Babayeva, 2010-cu ildə ölkəmizi təmsil etmiş Safura Əlizadə, bu il müsabiqədə fəxri ikinci yeri tutmuş Rusiya təmsilçiləri «Buranovskiye babuşki» kollektivi, 2011-ci ilin iştirakçısı Aleksey Vorobyov çıxış etmişlər. Gecənin və «Eurovision-2012» mahnı müsabiqəsinin aparıcıları Nərgiz Birk-Petersen və Leyla Əliyeva ilk olaraq səhnəyə «Buranovskiye babuşki» qrupunu dəvət etmişlər. Onlar müsabiqədə ifa etdikləri məşhur mahnını və Azərbaycan haqqında mahnıdan bir bəndi udmurt dilində oxumuşlar. «Buranovskiye babuşki» qrupunun üzvləri Azərbaycana sevgilərini bildirmiş, Bakıda olduqları dövrdə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürlərini ifadə etmiş, Emin Ağalarova xüsusi minnətdarlıqlarını bildirmişlər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG