Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:07
-
«Azadlıq» qəzeti Bakı Metropoliteninin rəisi Tağı Əhmədova mənəvi zərər əvəzi olaraq 30 000 manat təzminat ödəməlidir.

Yasamal rayon Məhkəməsi iyunun 13-də belə qərar qəbul edib.

Vəkil Fariz Namazlı AzadlıqRadiosuna deyib ki, belə bir qərar onlar üçün gözlənilməz olub:

«30 000 manat cərimənin müəyyən edilməsi düzgün qərar deyil. Bu, «Azadlıq» qəzeti üçün böyük məbləğdir. Ümumiyyətlə, məhkəmə araşdırmayıb ki, Tağı Əhmədova 200 000 ziyan dəyib ya yox?».

Müdafiə tərəfi məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov «Azadlıq» qəzetinin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan «Tağı Əhmədov 5 qəpikləri mənimsədi» sərlövhəli məqalədən narazı qalıb.

Həmin yazıda 2012-ci ilin yanvarında metroda gediş haqlarının artırılmasından bəhs olunur.

Yasamal rayon Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunur ki, qəzet yazısında Tağı Əhmədovun fəaliyyətinə qərəzli yanaşıb və onun şərəf və ləyaqətini aşağılayıb.

İddiaçı məhkəmədən xahiş edib ki, «Azadlıq» qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 000 manat təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG