Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:30
NATO-nun Mənzil-Qərargahında bəzi tərəfdaş dövlətlərin iştirakı ilə NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda müdafiə sahəsində aparılan islahatlar, qarşılıqlı əməkdaşlıq və
NATO qüvvələri ilə uyğunluq məsələləri müzakirə edilib.

Görüşdə Azərbaycanın xarici işlər və müdafiə nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və NATO yanında Nümayəndəliyin tımsilçiləri iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG