Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:26

Suriya hakimiyyəti Haffa şəhərinin nəzarətə götürüldüyünü deyir


Suriya hakimiyyəti 1 həftəlik döyüşdən sonra Haffa şəhərinin tam nəzarətə götürüldüyünü deyir.

Həmçinin üsyançılar intensiv atəşlərə görə şəhərdən çıxdıqlarını xəbər verirlər.

BMT-nin müşahidəçiləri bu ərəfədə şəhər ətrafında atəşə düşüblər.

Müşahidəçilərin sözlərinə görə qəzəbli kütlə onların şəhərə girməsinə imkan verməyib.

Atəşin hardan açıldığı bəlli deyil.

BMT-nin məlumatına görə, 1 ildən çoxdur ki, Suriyada gedən toqquşmalarda 10 mindən çox adam ölüb.

Müxalifət mövcud rejimin istefasını tələb edir.
XS
SM
MD
LG