Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:27

Shakira və Rihanna da Bakıya gələcəklər


Daha 2 dünya pop ulduzu 17 yaşlı qızlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatının oyunlarında çıxış edəcək. Bu, Rihanna və Shakiranın ölkədəki ilk çıxışları olacaq. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Rihannanın çıxışı oktyabrın 5-i, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək.

Shakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı təşkil ediləcək.

Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındakı müştəri xidmətləri mərkəzində satışda olacaq.

Çıxışları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) təşkil edəcək.

Dünya birinciliyinin 22 sentyabrdakı rəsmi açılışında isə Jennifer Lopez çıxış edəcək.
XS
SM
MD
LG