Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:42

Elif Şafak: “Heç bir qadın durduğu yerdə abort etdirməz”


“Heç bir qadın durduğu yerdə abort etdirməz” – deyə tanınmış türk yazarı, qadın hüquqları ilə bağlı saysız yazıların müəllifi Elif Şafak Türkiyədə abort qaydalarının sərtləşdirilməsi ilə bağlı mübahisələrə münasibət bildirib:

“Bir qadın abort haqda düşünməyə başlayırsa, deməli bunun mütləq bir səbəbi var”.

Elif Şafak “dartışmaları əndişə ilə izlədiyini” deyərək bildirib ki, qadını abort imkanından məhrum etmək onun üçün son çıxış qapısını da bağlamaqdır. Xüsusən də imkansız qadınlar və gənc qızlar üçün:

“Bu dartışma mənim ürəyimdən ağır bir daş kimi asılıb. Düşünürəm ki, bu məsələ müzakirə edilməlidir.

Pulu olan qadınlar belə çətinliklə üzləşəndə xaricə gedəcəklər, bunu da kimsə bilməyəcək, amma imkansız qadınlar və gənc qızlarımız gigiyenik olmayan, qanunsuz, bəlkə də ölümlərinə, yaxud sağlamlıqları üçün problemə səbəb olacaq yerlərə gedəcəklər.

Lütfən belə şeylərə yol açmayaq”.

CNN Türk-ə istinadla oxuzali.az
XS
SM
MD
LG