Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:43

«Sarı gəlin» sənədli filmi təqdim olundu (Video)


«Sarı gəlin» sənədli filmi
«Sarı gəlin» sənədli filmi
«Bu cür layihələr «Sarı gəlin» mahnısının məhz bizə məxsusluğunu bir daha vurğulayır».

Bu sözləri Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev «Sarı gəlin» tarixi-sənədli filminin təqdimatında söylədi.

Nazir əlavə etdi ki, «bundan sonra da mədəniyyətimizi oğurlayanlara deyiləsi sözümüz olacaq».

«Ankaf» şirkətinin istehsal etdiyi «Sarı gəlin» sənədli filminin təqdimatı Beynəlxalq Muğam Mərkəzində iyunun 12-də axşam saat 19-da baş tutdu.

Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və «Güven Klinik»in dəstəyi ilə təşkil olunan tədbirdə filmin yaradıcıları «unudulan və unutdurulan gerçəklərdən», «tozlar içində qalan tarixlərdən» bəhs etdilər.

Birinci hissədə Türkiyədən Güner Erkan, Qazaxıstandan Arayim Jukenova, Balkhan Smagulov, Yerzhigit Ospankhanov, Gülgaişa Kapen, Qırğızıstandan Gulira Kasımkulova, Başqırdıstandan Leysan Mutallapova, Radis Buxarbayev, Hakas Respublikasından Oleq Çebodayev, Qaqauz Elindən Mihail Yasıbaş və Valentina Yasıbaş bu qədim mahnını öz dillərində, öz alətlərində səsləndirdilər.

Azərbaycan tərəfdən «Sarı gəlin»in təqdimatçıları Səbinə ƏrəbliSevda Ələkbərzadə oldu.

«Sarı gəlin»in müxtəlif türk xalqlarının dillərində səslənişi alqışlarla qarşılandı.

İkinci hissədə «Sarı gəlin» sənədli filmi tamaşaçılara göstərildi.

Filmin baş prodüseri və layihənin rəhbəri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır.

Film xeyriyyəçi Nazim Abdullayevin yardımı ilə çəkilib.

Tədbiri tanınmış teleaparıcı Nərgiz Cəlilova idarə edirdi.

Sonda iştirakçılara TÜRKSOY-un Fəxri Fərmanları, təqdimata qatılanlara isə filmin diski və filmin yaradıcılarının qənaətləri üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitabça şəklində təqdim edildi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG