Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21
Rəssam Mehriban Əfəndinin bir neçə əsəri unikal bir sərgidə -- LED elektron işıqları ilə Tayms Skverin Billbordlarında nümayiş ediləcək.

Xəbəri AzadlıqRadiosuna Mehriban Əfəndi özü verib.

İyunun 18-də Nyu-Yorkun Tayms Skver adlanan məşhur Brodvey küçəsi öz reklam lövhələrini rəsm əsərlərinə çevirəcək.

Axşam saat 19-da başlayan bu özəl sərgi axşamı məşhur musiqi qrupları və VIP Party əyləncə ilə müşahidə olunacaq.

«Art Takes Times Square» adlı bu proyekti ərsəyə gətirən «Chashama» və incəsənəti dəstəkləyən bir çox Amerika şirkətləridir.

Bu qlobal sərgiyə dəvət və seçim internet vasitəsilə gerçəkləşib.

Billbordların sahibləri NASDAQ, «Thomson Reuters», «Clear Channel Spectacolor and A2a MEDIA» böyük məmnuniyyətlə reklam işıqlarını rəsm qalereyasına çevirəcək .

Bu füsunkar gecənin şahidi olmaq üçün dünyanın bir çox incəsənət xadimlərinin iyunun 18-də ABŞ-a yollanacağı xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG