Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:57

İraqdakı partlayışlarda ölənlərin sayı 44-ə çatıb


İraqda şiə zəvvarlara qarşı olan hücumlar nəticəsində ölənlərin sayı 44-ə çatıb. Onlarla yaralı var. Bu haqda yerli polis və tibb işçiləri məlumat verib.

Əvvəlcə bu gün səhər Bağdadda imam Moussa al-Khadimin ziyarətgahını ziyarət edən şiə zəvvarlara hücum olub. Azı 4 partlayış baş verib və 18 adam həlak olub.

Daha iki partlayış isə Hilla şəhərində baş verib. Partlayışlar nəticəsində azı 22 adam ölüb, 38 nəfər yaralanıb. Daha 4 adam isə şiələrin sıx yaşadığı Balad şəhərində törədilmiş partlayışda həlak olub.
XS
SM
MD
LG